2011-ci ildən etibarən fəaliyyət göstərən şirkətimiz müştəriləri yüksək keyfiyyətli idman avadanlıqları ilə təmin etməyə xidmət edir. Bizim əsas məqsədimiz müştərilərimizi lazım olan mallar ilə uyğun qiymətlərə təmin etməkdir. Müştərilərimiz ilk növbədə bizim ortaqlarımızdır! Biz daima malların çeşidlərini genişləndirərək xidmətin keyfiyyətini mükəmməlləşdiririk. Şirkətimizin nüfuzunu artırmaq və müştərilərimizin inamını qoruyub saxlamaq üçün biz stabil və etibarlı ortaq olmağa çalışırıq. Şirkətimiz yüksək nailiyyətlərə malik olmaqla müştərilərin tələblərini qarşılamağa yönəlmişdir. Müştərilərimiz tələb olunan bütün idman avadanlıqlarını və fitnes aksessuarlarını, aktiv idman və istirahət üçün tələb olunan bütün malları bir yerdən alaraq büdcələrinə və vaxtlarına qənaət etmiş olarlar. Hədəfimiz müştərilərimiz ilə uzunmüddətli və əlverişli əməkdaşlıq yaratmaqdır. Əgər siz idman, istirahət və turizm üçün topdansatış və ya pərakəndə ticarətlə məşğul olursunuzsa və sizi geniş çeşid mallarla təmin edəcək əlverişli şərtlərlə əməkdaşlıq edən təchizatçıya ehtiyacınız varsa, bu zaman “Volkssport” şirkəti sizin etibarlı və stabil ortağınız ola bilər. 2011-ci ildən etibarən biz idman mallarının satışı ilə məşğul oluruq, və bugünkü günə bu sahədə liderlik kürsüsünün səlahiyyətli daşıyıcısı hesab edilirik. “Volkssport” şirkətinin təklif etdiyi mallar sırasına minlərlə çeşiddə bodybuilding, fitnes və turizm üçün nəzərdə tutulan avadanlıqlar və aksessuarlar daxildir. Xarici təchizatçılarla uzun müddətli əməkdaşlığın nəticəsi olaraq, müştərilərə ucuz qiymətlər qarşılığında keyfiyyətli mallar təklif etmək imkanımız var. Bununla yanaşı malların çeşidləri mütəmadi olaraq genişlənir və yenilənir. Yüksək ixtisaslaşmış servisimizlə xidmətinizdəyik! Servisimizdə brendlərimizə aid olan avadanlıqların təmiri yüksək səviyyədə peşəkar heyyət tərəfindən həyata keçirilir. Eyni zamanda servisimizdən siz sıradan çıxmış ehtiyyat hissələrini əldə edə bilərsiniz.

Şirkətimiz müştərilərə zalların avadanlılarla təchiz edilməsi ilə yanaşı həm də uşaq əyləncə mərkəzlərinin,idman meydançalarının lazımi avadanlıqlarla təmin edilməsini təklif edir.

Product added to compare.