Kardio ilə məşğul olan insanlarda, “nə qədər sürətlidirsə, o qədər çox effektlidir” deyə, bir düşüncə formalaşıb. Əslində isə bu inanc ciddi şəkildə yaralanmaya səbəb ola bilir.

Kardio səhvləri düşündüyünüzdən daha tez-tez baş verir. Bu yazımız kardio məşqləri əsnasında bilərəkdən, yaxud bilmədən etdiyimiz səhvlər haqqındadır.

Məşqə başlamazdan əvvəl bilməliyik ki, sağlamlığımız yaxşı görünməkdən daha vacibdir. İdeal çəki, əzələli bədən məşqlər üçün əla motivasiya mənbəyi olsa da, hər şeydən əvvəl sağlam və gümrah qalmaq üçün məşq etməli olduğumuzu unutmamalıyıq.

Bəs kardio edərkən ən çox təkrarlanan səhvlər hansılardır?

Qaçmalı olduğunuz kardio səhvləri aşağıdakılardır.

Məşq əsnasında isinmə hərəkəti etməmək. Hansı məşq olursa olsun, mütləq bədəni ona hazırlamaq lazımdır. Əzələləri isinmə hərəkətləri ilə “oyatmaq” lazımdır ki, məşq əsnasında yaralanma ehtimalımız olmasın.

Sürətli məşq. Bir çoxumuz düşünürük ki, hərəkətləri nə qədər sürətli etsək, o qədər effektli olar. Əslində isə hər  hərəkətin öz sürəti və edilmə qaydası var. Kardio edəndə məqsədiniz vaxta qənaət etmək deyil, sağlam orqanizmdir. Sürətli məşq nə əzələlərinizin, nə də ürək - qan damar sisteminizin düzgün işləməsinə kömək edəcək. Əksinə siqnallar beyinə düzgün ötürülmədiyi üçün, etdiyiniz məşq də boşa getmiş olacaq. Hər hərəkətin sürətini dəqiq bilib, ona uyğun məşq rejiminiz planlayın.

Rejimin təkrarı. Özünüzü bir rejimə öyrəşdirib daim eyni məşqləri təkrarlamaq da, tez-tez edilən səhvlərdəndir. Hər birimiz özümüz üçün uyğun olan hərəkətlərdən ibarət məşq planı hazırlayırıq. Amma etdiyiniz təkrarlara görə, əzələlər bu hərəkətlərə öyrəşir və artıq effekt vermir. Hər məşq rejiminizə fərqli məşq seansları əlavə edin.

Həmişə eyni ritm. Kardio məşqləri bədəndən fərqli reaksiyalar tələb edir. Siz bütün hərəkətləri eyni ritmdə etsəniz, bədən eyni ritmə öyrəşdiyi üçün, məşqin sizin üçün heç bir faydası olmayacaq. Hərəkətlər dəyişib, çətinləşdikcə ritm və sürətiniz də ona uyğun dəyişməlidir.

Kardio ilə məşğul olarkən oruc tutmaq. İnanılanın əksinə, məşq zamanı oruc tutmaq o qədər də yaxşı fikir deyil. Kardio məşqləri zamanı bədən qlükozaya ehtiyac duyur. Və oruc zamanı bədən bu ehtiyacı qarşılaya bilmir, beləliklə, əzələlər əriyir. Ümumiləşdirsək, oruclu şəkildə məşq etmək, əzələ kütləsinin itməsinə bərabərdir.

Maye qəbul etməmə. Məşq seansından əvvəl, məşq əsnasında və məşqdən sonra maye qəbul edilməlidir. Hərəkətlər zamanı bədənimizdəki maye tər halında çıxır. Və itirilən maye bərpa edilməlidir. Birdən birə 1 şüşə su içmək düzgün deyil. Məşq edirsinizsə, hər yarım saatdan bir su içməyiniz məsləhətdir.

Kardio zamanı ağrı. Ağrı beynin bədəni müdafiə mexanizmidir. Məşq edərkən ağrı yaranırsa, məşqi tez dayandırmalısız. Ağrı tez keçə bilər, lakin uzun müddət davam edib, ciddi yaralanmanın xəbərçisi də ola bilər. Bədəninizi dinləməyi bacarın.

Həddindən artıq məşq. Hər insanın ritmi, müqaviməti və ölçüsü fərqlidir. Bir nəfər üçün faydalı olan məşq, başqası üçün o qədər də faydalı olmaya bilər. Bəzən potensialımızdan artıq məşqlər etməyə çalışırıq. Bu da orqanizmi gücə salıb, yaralamaqdan başqa bir effekt vermir.

Kardio güc və enerji tələb edən məşqlər toplusudur. Buna görə də özünüz üçün məşq rejimi hazırlayanda bədəninizin sərhədlərini, orqanizminizin imkanlarını nəzərə alın. Beləliklə, daha çox effekt əldə edəcəksiniz.

Product added to compare.